Reklam
Vakıf Katılım
Tarih : 2020-06-04 11:13:00

Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Xbr.az-ın xəbərinə görə, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat veriblər.

Dövlət başçısı mərkəzin açılışını edib.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşüb.

Hibya Xəbər Agentliyi

© Copyright 2024 basindasaglik.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.