Reklam
Vakıf Katılım
Tarih : 2020-05-25 09:53:00

Misirdə son sutkada COVID-19 virusundan 29 nəfər ölüb

Misirdə COVID-19 virusundan ölənlərin sayı 764 nəfərə çatıb. Son sutka ərzində bu ölkədə daha 29 nəfər xəstəlikdən vəfat edib.

Misirin Səhiyyə Nazirliyi mayın 24-də ölkədə COVID-19 virusuna 752 yoluxma halının qeydə alındığını bildirib. Məlumatda koronavirusa yoluxanların ümumi sayının 17 min 265 nəfərə çatdığı qeyd olunub. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 179 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 4807 nəfər tam müalicə olunub.

Misir hökuməti yoluxma hallarının artması ilə əlaqədar Ramazan bayramı günlərində karantin rejimini sərtləşdirib. Belə ki, marketlər, iaşə obyektləri tamamilə bağlanılıb, əyalətlər arasında gediş-gəliş məhdudlaşdırılıb. Bu qaydalar mayın 29-dək davam edəcək.

Prezident Əbdülfəttah əs-Sisinin imzaladığı əfv fərmanına əsasən, Ramazan bayramı münasibətilə ölkənin cəzaçəkmə müəssisələrindən 5 mindən çox məhbus azadlığa buraxılıb.

 

Hibya Xəbər Agentliyi

© Copyright 2024 basindasaglik.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.