Reklam
Vakıf Katılım
Tarih : 2020-04-13 13:54:00

Aprel üzrə istehsal səviyyələri nəzərə alındıqda “OPEC+”un ümumi hasilat məhdudiyyəti sutkada 12,5 milyon barrel olacaq

Aprel ayı üzrə istehsal səviyyələri nəzərə alındıqda “OPEC+” üzrə ümumi hasilat məhdudiyyəti sutkada 12,5 milyon barrel olacaq.

Frame.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Energetika naziri Abduləziz bin Salman bin Abduləziz Al Saud deyib.

Nazir OPEC və müttəfiqlərinin (“OPEC+”) neft hasilatını gündəlik 9,7 milyon barrel azaltmaq barədə razılığa gəldiyini, lakin aprel ayı üzrə hasilat səviyyələri nəzərə alındıqda ümumi istehsal məhdudiyyətinin sutkada 12,5 milyon barrel olduğunu bildirib.

Səudiyyə Ərəbistanı aprel ayında gündəlik 12,3 milyon barrel neft çıxaracaq. Bununla birlikdə, “OPEC+” üzrə razılaşmada Səudiyyə Ərəbistanın hasilat səviyyəsi sutkada 11 milyon barrel qəbul edilib. Gündəlik 12,3 milyon barrellik hasilat nəzərə alındıqda Səudiyyə Ərəbistanının istehsalı sutkalıq 2,5 milyon barrel deyil, 3,8 milyon barrel azaldacaq. Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin də aprel ayı üzrə istehsalı nəzərə alındıqda bu ölkələrin hasilat məhdudiyyəti “OPEC+” sazişindəki göstəricidən çox olacaq.

Hibya Xəbər Agentliyi

© Copyright 2024 basindasaglik.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.